Müəllimlər

İlkin Mehdiyev

Background image

Mən sadəcə kod yazmağı deyil, həm də performanslı, miqyaslı və etibarlı sistemlər qurmağı öyrədirəm. Tədris fəlsəfəm sadədir: "Biz framework metodlarını əzbərləmirik, onları sıfırdan qururuq ki, necə işlədiyini anlayaq." Həqiqi mühəndislik "nəyin işlədiyini, niyə işlədiyini və necə işlədiyini" başa düşməkdir. Bu kursda məqsədim sizi sadəcə sintaksisi bilən developer deyil, daxili mexanizmləri anlayan mühəndis kimi yetişdirməkdir.

Nilufər Səlimi

Background image

Karyerama marketinq, kontent yazarlığı və layihə idarəçiliyi ilə başlayıb, qısa zamanda datanın gücünü kəşf etdim. Rəqib analizi, SEO strategiyaları və vebsayt trafikinin ölçülməsi kimi sahələrdə qazandığım biliklər məni Estoniyada analitik üzrə təhsilə yönləndirdi və bu ölkənin bank sektorunda Biznes Analitik kimi fəaliyyətə başladım. Burada data anbarları, böyük data (big data) və bulud texnologiyaları ilə işləyərək əvəzolunmaz təcrübə topladım. Daha sonra Data Analitik və Tesla-da Senior Business Intelligence Analyst olaraq fəaliyyətimi davam etdirərək, təhlil və strateji qərar qəbul etmə bacarıqlarımı daha da inkişaf etdirdim. Azərbaycan, Belçika, Estoniya və Niderlandda qazandığım bu beynəlxalq və çoxşaxəli təcrübəmi indi paylaşmağın və yeni istedadların karyera yolunda onlara dəstək olmağın vaxtıdır.

Nərmin Həmidli

Background image

Mən təhsilimi maliyyə üzrə bitirsəm də, analitika daim maraq dairəmdə olub. Bu səbəbdəndir ki, ilk təcrübəmə maliyyə üzrə başlayıb daha sonra sahəmi dəyişərək data analitikasına keçid etmişəm. Data və maliyyə üzrə qazandığım birgə biliklər isə məni hər ikisini tətbiq edə biləcəyim istiqamətə - biznes analitik olmağa yönləndirib. Bununla yanaşı, ilkin olaraq pərakəndə sektor, daha sonra dövlət sektoru və yekunda ölkənin ən böyük bank sektorunda işlədiyim proyektlər və qazandığım təcrübənin də karyera inkişafımda əvəzsiz qatqısı olmuşdur. Hal-hazırda isə tərcrübəmi paylaşmaq və yeni başlayanlara dəstək olmaq üçün əla vaxtdır!

Üzv olun

Üzv ol və sadalanan xidmətlərdən yararlanma imkanı əldə et.

Üzv olaraq əldə edəcəklərin*

Birbaşa Dəstək

Müəllim və mentorlarımızla birbaşa görüş imkanı.

İlkin giriş imkanı

Yeni funksiyalar, məhsullar və üstünlüklərdən öncədən istifadə etmə imkanı əldə edin.

Eksklüziv Məzmun**

Mentorların ərsəyə gətirdiyi və biliklərinizi dərinləşdirəcək özəl dərsliklər, məqalələr və keyslərdən ibarət məzmun kitabxanasına giriş əldə edin.

Topluluq Təcrübəsi**

Sizinlə eyni düşüncədə olan insanlardan ibarət aktiv bir topluluğa qoşulun. Yalnız üzvlərə özəl forumda yeni əlaqələr qurun, fikirlərinizi paylaşın və layihələr üzərində əməkdaşlıq edin.

*Xidmətlərdən yararlanma istifadəyə verildiyi təqdirdə mümkün olacaq.

**Bu xidmət yaxın gələcəkdə nəzərdə tutulub.