Module image

Data və Biznes Analitikası Fundamentləri

TƏDRİS EDİR

Nərmin Həmidli

Bu proqramın əsas məqsədi analitik yanaşma yaratmaqdır. Kurs müddəti ərzində biznesin tələblərini nəzərə alaraq gündəlik SQL sorğular yazmağı öyrənəcəksən. Bununla yanaşı, maliyyə hesabatları barədə biliyə sahib olacaq və biznesin gəlirliliyini ölçə biləcəksən. Tam praktiki dərslərlə real biznes problemləri ilə qarşılaşacaq və həlli üçün yanaşma seçəcəksən. Kampaniyaların analizi, mobil analitika və müxtəlif sahələrdə analitik yanaşmalar barədə məlumatlı olacaqsan.

MÜDDƏT

3 ay

QİYMƏT

200/aylıq

Kurs haqqında məlumat

MÜNDƏRİCAT

1.Datanın sadə şərtlərlə seçilməsi
  • SELECT əmri ilə məlumatların seçilməsi
  • Datanın filtrlənməsi (WHERE) və müqayisə operatorları (>, <, =, !=)
  • Data formatları (Integer, Decimal, String, Date, Boolean)
2.Datanın aqreqasiya funksiyaları vasitəsilə təhlili
  • COUNT, SUM, AVG, MIN, MAX funksiyaları
  • GROUP BY, HAVING əmrləri
3.Cədvəllərin müxtəlif məntiqlərlə birləşdirilməsi
  • INNER JOIN
  • LEFT JOIN
  • RIGHT JOIN
4.Müxtəlif funksiyaların tətbiqi ilə datanın biznes tələbinə uyğunlaşdırılması
  • Set operatorları (UNION, UNION ALL, INTERSECT, EXCEPT)
  • Mətn funksiyaları (CONCAT, SUBSTRING, LENGTH, UPPER/LOWER, TRIM)
  • Zaman funksiyalar; (CURRENT_DATE, DATEPART, DATEDIFF, DATE_ADD)
  • Riyazi funksiyalar (ROUND, CEIL, FLOOR)
  • Şərt funksiyaları (CASE WHEN, IFNULL/COALESCE)
  • ROW_NUMBER(), RANK(), DENSE_RANK()
  • PARTITION BY və ORDER BY
  • CTE ilə sorğuların yazılması
5.Maliyyə hesabatlarının oxunması və maliyyə analizi üçün zəruri metrikaların izahı
  • Data analizinin maliyyə qərarlarında rolu
  • Vacib maliyyə metriklərinin izahı
  • Gəlir (Revenue)
  • Marja (Margin)
  • Maya dəyəri (COGS)
  • Ümumi mənfəət (Gross Profit)
  • Əməliyyat mənfəəti (EBIT)
  • Xalis gəlir/ Mənfəət/ Zərər (Net inclome/Profit/Loss)
  • Aktivlər (Assets)
  • Öhdəliklər (Liability)
  • Mənfəət-zərər hesabatı (Income Statement)
  • Büdcə planlaması və proqnozlaşdırma
6.İnvestisiya analizi zamanı risk və gəlirliliyin qiymətləndirilməsi
  • Xalis cari dəyər və daxili gəlir nisbəti (NPV, IRR)
  • Risk analizi (Risk-return trade-offs, Cost-Benefit, Break-Even point,ROI)
7.Müştəri dəyərinin idarə edilməsi üzrə analiz
  • Kommunikasiya analizi
  • A/B testi
8.Biznes keyzlərin qurulması
  • Praktika
9.Biznes problem nümunələrinin müzakirəsi
  • Biznes problemlərində yanaşmalar üzrə müzakirələr
  • Domeyn bilikləri, sahələr üzrə analitik metriklər
10."Agile" prinsipləri haqqında fundamental biliklər və biznes analitikin yumşaq bacarıqları
  • "Agile" metrikləri və terminləri
  • Biznes analitikin yumşaq bacarıqları
11.Müsahibə hazırlığı və son layihə
  • CV və Linkedinə baxış
  • İntervyu suallarının müzakirəsi
12.1:1 görüşlə tələbənin yekun analizi
  • Tələbənin SWOT analizi