Arctic Lab*

*Arctic Lab xarici və yerli mütəxəssislərdən ibarət bir topluluqdur.

Tədris etdiklərimiz və
tezliklə edəcəklərimiz

MENTORLAR

Müəllim və şagirdlərimiz
aşağıdakı top şirkətlərdə çalışır

SEB logo

SEB

Wise logo

Wise

AWS logo

AWS

Tesla logo

Tesla

NabuMinds logo

NabuMinds

Birbank logo

Birbank

Zing logo

Zing

HCLTech logo

HCLTech

Kurs proqramı çox genişdi. Nəzəri biliklərlə yanaşı praktikaya da əsas yer verilib. Proqramda ən bəyəndiyim hissə hər mövzu bitəndən sonra onun proyekt üzərində tətbiq edilməyi oldu. Proyekt yazmaq üçün bütün mövzuları bitirməyi gözləmirdik, keçdiyimiz mövzulara uyğun müəllimimiz praktiki tapşırıqlar, əksər hallarda proyektlər verirdi. Bu da bizə öyrəndiklərimizi hissə- hissə iş mühitində necə tətbiq etməli olduğumuzu öyrədirdi. Dərslərimiz online keçsə də müəllimimizin sayəsində əyani dərslərdən də qat- qat maraqlı idi. Kurs müddətində sıxıldığım tək dərs olmadı. Hər dərsə " bu bizim hansı problemimizi həll edir?" problem sualı ilə başlamağımız, hər bir mövzuda qaranlıq( müəllimimizin deyimi ilə sehrli) bir hissə qalmadan izah edilməsi və üstün səviyyə tələbkarlıqda olan müəllimimiz bizə bu sahəni öyrənməkdən başqa seçim qoymurdu. İlkin müəllim təkcə sahəni öyrətmədi bizə, həm motivasiyamız düşəndə söhbət etdi, həm üzləşdiyimiz çətinliklərlə birbaşa maraqlandı( kurs bitməyinə baxmayaraq hələdə maraqlanır), hər birimizin uğuruna ürəkdən sevinir, dəstəyini daim hiss etdirir. Bu kursu keçdiyim, İlkin müəllimi tanıdığım üçün özümü çox şanslı hesab edirəm.

Özləm Həsənova

Özləm Həsənova

Java Backend Developer / Unibank

Müəllim əjdahadı, çox şey öyrətdi mənə. Həm sahəni tam seçməyə kömək oldu, həm də sahəni daha yaxşı öyrənməyə. Gördüyüm ən yaxşı "problem solver"di, hər problemi sona kimi dirəşib həll edən. Əjdaha müəllim 💪🏾

Javid Jabiyev

Javid Jabiyev

Junior Backend Developer / Kapital Bank

Kursun ilk günlərindən etibarən müəllimimizin yanaşma tərzi individual məsləhətləri mənə çox kömək olmuşdu Hansı ki mən çox yeni tanış olurdum programlaşdırmanın sehirli aləmi ilə hətta tək programlaşdırma deyildə texnalogiya sahəsi ilə. Buna baxmayaraq ilk vaxtlardan etibarən yaranan o həvəs teamlə birgə çalışmaq məndə bu sahəyə başqa bucaqdan baxmağımı təmin etdi. Real təcrübənin yansıması olan bu tədris müddəti ərzində deyərdimki müəyyən saatlar deyildə hər saat kontaktda idik bir birimizlə komanda olaraq. Ətrafımızdaki insanlarım belə heyranlıq duyacağı dərs sistemimiz vardı. Və bəhrəsini də verir atdığımız hər addımda qazandığımız hər uğurda İlkin müəllimin və bizim kursumuzun bir izi var. Yeni texnalogiyanı daim izləmək vərdişi də elə bu kurs ərzində yarandı mən də. Daha dərindən tanış olmaq üçün isə sizi sınamağa çağırıram və inanıram ki yararlana bilən hər kəs bir gün mən danışdığım təəssüratlardan öz yoluna qata biləcək.

Shola Amiyeva

Shola Amiyeva

IT Technician / Agro Dairy

Üzv olun

Üzv ol və sadalanan xidmətlərdən yararlanma imkanı əldə et.

Üzv olaraq əldə edəcəklərin*

Birbaşa Dəstək

Müəllim və mentorlarımızla birbaşa görüş imkanı.

İlkin giriş imkanı

Yeni funksiyalar, məhsullar və üstünlüklərdən öncədən istifadə etmə imkanı əldə edin.

Eksklüziv Məzmun**

Mentorların ərsəyə gətirdiyi və biliklərinizi dərinləşdirəcək özəl dərsliklər, məqalələr və keyslərdən ibarət məzmun kitabxanasına giriş əldə edin.

Topluluq Təcrübəsi**

Sizinlə eyni düşüncədə olan insanlardan ibarət aktiv bir topluluğa qoşulun. Yalnız üzvlərə özəl forumda yeni əlaqələr qurun, fikirlərinizi paylaşın və layihələr üzərində əməkdaşlıq edin.

*Xidmətlərdən yararlanma istifadəyə verildiyi təqdirdə mümkün olacaq.

**Bu xidmət yaxın gələcəkdə nəzərdə tutulub.